Romada tullantıların emalı zavodunda güclü yanğın baş verib
Romada Malaqrotta obyektində tullantıların emalı zavodunda yanğın baş verib.
Qeyd olunur ki, tonlarla zibil yanır və onlarla kilometr aralıda qalın qara tüstü sütunu görünür. Mülki Müdafiə yanğın yerindən bir kilometr radiusda olan əhaliyə pəncərələri bağlı saxlamağı və yanğın baş verən ərazinin yaxınlığında dayanmamağı tövsiyə edib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, tüstü havanı çirkləndirə bilər, çünki tərkibində dioksin ola bilər. Yanğına qərq olan zavod gündə 600 tona qədər tullantı emal edib və çeşidləyib. Hadisə tullantılarla bağlı fövqəladə vəziyyətə səbəb ola bilər.
Yanğının haradan başladığı və hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğını altı yanğınsöndürən briqadası söndürür. Polis ərazini mühasirəyə alıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...