22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Romada Mussolini üçün xüsusi olaraq tikilmiş bunkerlər ziyarətçilərin üzünə açılıb

17-05-2024
IMG

1922-1943-cü illərdə İtaliyanı idarə edən faşist diktator Benito Mussolininin İkinci Dünya Müharibəsi zamanı Romadakı iqamətgahı altında tikdiyi, lakin heç vaxt istifadə edə bilmədiyi sığınacaqlar bərpa edilərək ziyarətçilərin ixtiyarına verilib. Romanın Nomentana küçəsində yerləşən, bir müddət Mussolininin də iqamətgahı olan və müharibə zamanı faşist diktatorunun tələbi ilə tikilmiş  Villa Torloniyadakı Casino Nobile malikanəsindəki sığınacaqlar maraq doğurur. 

Mussolini və ailəsinin Villa Torloniada çəkilmiş fotoşəkilləri, 19 iyul 1943-cü il və 3 may 1944-cü il tarixləri arasında Müttəfiqlərin Romaya etdiyi bombardmanların görüntüləri sığınacaqların divarlarına proyeksiya edilib, müttəfiqlərin təyyarələrindən atılan xəbərdarlıq plakatları və burada həyatı əks etdirən animasiya şəkilləri ziyarətçilərə İkinci Dünya Müharibəsi dövrünü yaşama fürsəti verir.

Bundan əlavə, Mussolini, ailəsi və yaxın komandası üçün daha çox sığınacaq inşa edilmiş bölmədə səslər və fiziki effektlərlə real bombardman simulyasiyasını yaşamaq mümkündür.

Villa Torlonia Park və Muzeylərinin rəhbəri Annapaola Agati bildirib ki, Mussolini 1925-ci ildə Romadakı iqamətgahını çox cüzi məbləğə simvolik kirayə müqabilində Villa Torloniaya köçürüb.

Aqati Mussolininin dəvətlər üçün buraya tez-tez gəlməsinin və Torlonia ailəsi ilə yaxşı münasibətlərinin bu addımda rol oynadığını bildirib.Aqatinin sözlərinə görə, Mussolini buranı gücləndirib.Zirehli qapılar və hava dövranını təmin edən mexanizm gətirib.Lakin müharibə uzandıqca və bombardman təhlükəsi artdıqca, Mussolininin yaxın komandası  bu sığınacağın kifayət qədər təhlükəsiz olmadığına qərar verir və buna görə də binanın xaricində əsl sığınacaq qazılmasına göstəriş verir.

Paylaş: