Romada Konstantinin “Zəfər Tağı”na ildırım düşüb
İtaliyanın paytaxtı Romada əlverişsiz hava şəraiti zamanı şəhərin əsas turistik yerlərindən biri olan Kolizeyin yaxınlığındakı “Zəfər Tağı”na ildırım düşüb.
Fhnews.az xəbər verir ki, Kolizey Arxeoloji Parkının rəhbərliyi hadisə nəticəsində eramızın IV əsrində inşa edilmiş tağın kiçik bir hissəsinin zədələndiyini bildirib.
Ekspertlər ildırımın qədim abidəyə vurduğu ziyanın aradan qaldırılmasına və zərərin qiymətləndirilməsinə başlayıblar.
Roma meri Roberto Qualtieri bildirib ki, bu, Romada görünməmiş təbiət hadisəsidir.
Qeyd edək ki, “Zəfər Tağı” xristianlığı qəbul edən ilk Roma imperatoru Konstantinin eramızın 312-ci ilində qəsbkar Maxentius üzərində qələbəsinin xatirəsinə ucaldılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...