Robot itin şəkdiyi rəsm 40 min dollara satıldı
Aqnieszka Pilat süni intellektlə dəstəklənən robot itlərə rəsm çəkməyi öyrədib. O, Boston Dynamics tərəfindən hazırlanmış süni intellekt dəstəkli robot itləri öz sənət bacarıqları ilə yeni nəsil rəssam olmaq üçün yetişdirib.Beləliklə, robot itlər mücərrəd sənət əsərləri yarada bilən bir rəssama çevrilib.Pilat daha sonra bu rəsmlər üçün sərgi açıb və robot itlərin çəkdiyi tablonu hərracda 40 min dollara satıb.
Pilatın aylarla onlara ağızlarında fırça tutmağı və boyanı böyük bir kətan üzərində hərəkət etdirməyi öyrətdiyini deyir. Qeyd edək ki, Polşalı Pilat bu yaxınlarda insan işlərinə bənzəyən 36 rəsmdən ibarət “Heterobota” adlı yeni sərgini açıb. Basia, Vanya və Bunny adlı üç robot it keçən ay Avstraliyanın Melburn şəhərindəki Milli Viktoriya Qalereyasında dörd aylıq rəssam rezidentura proqramına başlayıblar və onların sərgisi aprelin 7-dək davam edəcək.
Bundan əlavə, NGV-nin sərgi meydançasında robot itlərə rəsm çəkərkən otaqda harada olduqlarını bildirən QR kodları olan kublar var. Pilat SpaceX-də işləyən rəssamdır və kosmosun tədqiqini təşviq etmək üçün şirkətin missiyasına yönəlmiş şəkillər yaratmaq üçün sənaye dizayn komandası ilə işləyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...