Robot cərrahlar 10 il ərzində baş transplantasiyasını həyata keçirə bilərlər
Robotların 10 il ərzində insan başını başqasının bədəninə köçürə biləcəkləri irəli sürülüb.
Neyrologiya və biotibbi mühəndislik startapı BrainBridge süni intellekt və robotlardan istifadə edərək yüksək sürətli transplantasiya həyata keçirəcək yeni texnologiya hazırlamağı planlaşdırdığını açıqlayıb.
BrainBridge metodu süni intellekt alqoritmləri ilə idarə olunan robotların donorun başını çıxararaq, digərinin başını onun bədəninə bağlayaraq yaddaşını və idrak bacarıqlarını qoruyub saxlamasını nəzərdə tutur. Robotlar onurğa beynini, sinirləri və qan damarlarını birləşdirəcək, polietilen qlikol isə kəsilmiş neyronları yenidən birləşdirəcək. Bu maddənin periferik sinir zədələnmələrinin müalicəsində faydalı olduğunu göstərən bəzi araşdırmalar olsa da, baş transplantasiyası kimi əhatəli bir prosedurda necə nəticə verəcəyini təxmin etmək çətindir.
Xərçəng və ya iflicdən əziyyət çəkən insanların başlarına gənc və sağlam beyin ölmüş insanların cəsədlərini yapışdıraraq xəstələrə yeni həyat təqdim etmək planlaşdırılır. Layihənin arxasında duran molekulyar bioloq Hashem Əl-Ghaili tam baş və üz transplantasiyası həyata keçirəcək texnologiya haqqında məlumat verərək deyib ki, bu ən müasir system 4-cü mərhələdə xərçəng, insult və ya Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklər kimi sağalmaz xəstəliklərdən əziyyət çəkən xəstələrə yeni ümidlər təqdim edir.
Əl-Ghaili ilk dəfə keçən ilin oktyabrında bu layihə haqqında danışarkən, qarşıda 8 illik yol xəritəsinin olduğunu bildirmişdi. BrainBridge hazırda ideya mərhələsində olduqlarını vurğulayır.
Şirkət həmçinin bu beyinlərin ömrünün bir neçə əsr olduğunu iddia edir. Bu mümkün olarsa, gənc bədənlərə baş transplantasiyası sayəsində insanların ömrünü uzatmaq üçün yeni bir qapı açıla bilər.
Qeyd edək ki, elm dünyasında beyin və baş transplantasiyası cəhdləri yeni deyil. 2017-ci ildə neyrocərrah Serqio Canavero iki cəsəd arasında beyin transplantasiyası əməliyyatı keçirdiyini deyərək gündəmə gəlmişdi. Keçən il Canavero iddia etmişdi ki, indi canlı insanlar arasında beyin transplantasiyası etmək mümkündür.
Digər tərəfdən, beyin kimi mürəkkəb bir orqanın transplantasiyası ilə bağlı bəzi narahatlıqlar var. BrainBridg baş nəqli xəstələrinin şüurunu qoruyacağını iddia etsə də, şüurla bağlı cavablandırılması lazım olan bir çox sual var. Bənzər bir vəziyyət xatirələrə aid olsa da, transplantasiya edilən xəstənin planlaşdırıldığı kimi oyanıb oyanmayacağını bilmək üçün hələ tez olduğunu söyləmək olar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...