22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rizədə yağışdan sonra dənizin rəngi dəyişib

28-10-2024
IMG

Türkiyənin Rizə bölgəsində iki həftədir fasilələrlə təsirli olan şiddətli yağışdan sonra dərələrdən axan palçıqlı su dənizin rəngini dəyişib. 14 gündür fasilələrlə davam edən güclü yağış şəhərdə həyata mənfi təsir edib. Yağan leysan şəhərin bir çox nöqtəsində irili-xırdalı torpaq sürüşmələrinə səbəb olub, bəzi ev və iş yerlərini də su basıb.

Ardeşen rayonunun Hoşdere kəndində torpaq sürüşməsi təhlükəsi səbəbiylə evində qalan 5 nəfərlik ailə AFAD qrupları tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Əyalət daxilində bəzi bölgələrdə hər kvadratmetrə 100 millimetrdən çox yağış yağdığı müəyyən edilərkən, şəhər daxilində leysan və torpaq sürüşməsi riskinə qarşı tədbir olaraq 16 ev boşaldılıb.

 Qruplar sürüşmədən sonra ərazini təmizləməyə davam edərkən, dərələrdən axan palçıqlı su dənizin rəngini dəyişib. Çayeli rayonunda Qara dəniz sahilində geniş bir ərazidə suyun rəngi Böyük Axın və Yamaç çayından axan palçıqlı su səbəbindən qəhvəyi olub. Axar və çaylarla dənizə daşınan tullantılar da sahilyanı ərazilərin çirklənməsinə səbəb olub.

Paylaş: