Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.
Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, boş qalan 97 plan yeri üzrə 16 namizəd müsabiqədə iştirak edib. Onlardan 11-i rezidenturaya qəbul olub.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Rezidenturaya qəbul olmuş namizədlər sentyabrın 5-dən 10-na qədər (18:00-dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...