Respirator xəstəliklərə yoluxmaqdan qorunmağın yeganə yolu maska və peyvənddir
Son günlər bir sıra ölkələrdə yeni növ koronavirus (COVID-19) və qripin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı artmaqdadır və bunun hələ bir müddət davam edəcəyi gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərdən qorunmaq üçün maskalardan istifadə edilməsini və peyvənd olunmağı tövsiyə edir.
Fhnews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, hazırda ölkəmizdə hava-damcı yolu ilə keçən xəstəliklərin vəziyyəti stabildir. Hər il mövsümü olaraq müşahidə edilən xəstəliklər bu il də aktualdır, lakin indi onlar fərqli ştamlarla özünü büruzə verir: “Risk qrupuna daxil olanlar həmin xəstəlikləri ağır keçirir. Onlara kiçik yaşlı uşaqlar, hamilə qadınlar, ürək-damar sistemi, mədə-bağırsaq, qaraciyər, böyrək və s. xəstəlikləri olanlar aid edilir. Həmin şəxslər özlərində xəstəlik əlamətləri - hərarətin yüksəlməsi, ümumi halsızlıq, zəiflik, iştahanın itməsi, öskürək, boğaz ağrısı, burun axması və s. aşkar etdikdə təcrid olunmalıdırlar”.
Bir sıra ölkələrdə COVID-19 infeksiyası yenidən alovlansa da, ölkəmizdə bu sahədə vəziyyət nəzarət altındadır. Lakin bu heç də yeni mutasiyaların ölkəmizdə müşahidə edilməməsi demək deyil: “Koronavirusa yoluxma yallarının artımı yeni mutasiya olunmuş ştamların hesabınadır. Onların yayılma sürəti və yoluxuculuq qabiliyyəti daha yüksəkdir. Bununla yanaşı həmin virusların xəstəliktörətmə qabiliyyəti aşağıdır və ölüm saylarında da azalmalar var. Azərbaycanda həmin ştamların yayılması haqqında heç bir məlumat yoxdur. Lakin əhalinin xarici ölkələrə səyahət etməsi, ölkəyə turistlərin gəlməsini və s. ilə əlaqədar olaraq mümkündür”, - deyə mütəxəssis-ekspert bildirib.
Hava-damcı yolu ilə yayılan xəstəliklərə yoluxmamaq üçün qorunma vasitələri eynidir: maskadan istifadə etmək və peyvənd çağırışlarına müsbət cavab verməklə bu bəladan qorunmaq olar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...