22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Remal" tropik siklonu Hindistan və Banqladeşdə ciddi fəsadlar yaratdı

28-05-2024
IMG

İlin ilk böyük qasırğası olan “Remal” tropik siklonu Hindistan və Banqladeşi vurub. Banqladeşli iqlim mütəxəssisi Liakath Ali bir çox yerdə suların qalxdığını və drenaj sistemlərini gərginləşdirdiyini ifadə edib. Banqladeşdə ən azı 10 nəfər həyatını itirib, təxminən 35 min ev dağılıb. Hindistanda 115 min ev qismən zədələnib.Hər iki ölkədə təxminən 1 milyon insanın, Banqladeşdə təxminən 800 min, Hindistanda isə təxminən 110 min insan təxliyyə edilib.

UNICEF-in Banqladeş nümayəndəsi Şeldon Yett bildirib ki, 8,4 milyondan çox insan, o cümlədən 3,2 milyon uşaq sağlamlıq, qidalanma, sanitariya və təhlükəsizlik baxımından risk altındadır. Küləyin sürəti saatda 135 kilometrə çatan siklon dünən axşam saatlarında Banqladeşin cənubundakı Monqla limanı və Hindistanın Qərbi Benqal bölgəsindəki Saqar adaları ətrafından keçərək quruya çıxıb.

Paylaş: