"Remal" qasırğası səbəbindən yüz minlərlə insan təxliyə edilib
Banqladeş sahillərinə təsir edən “Remal” siklon qasırğası səbəbindən bölgədən 800 mindən çox insan təxliyə edilib.
Təbii fəlakətlərin idarə olunması üzrə nazir Mohibur Rəhman mətbuat konfransında bildirib ki, qasırğa nəticəsində indiyədək 800 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Sahil qəsəbələrində yaşayan insanları təhlükəsizlikləri üçün təcili olaraq təxliyyə mərkəzlərinə getməyə çağıran nazir Mohibur Rəhman "Fırtına ilə mübarizə üçün bütün hazırlıqları gördük. Hər kəs təlimatlara əməl edərsə, ümid edirik ki, bu fəlakətlə uğurla mübarizə apara biləcəyik.”-deyib.
Nazir 8-9 mindən çox sığınacaq hazırladıqlarını və sığınacaqları kifayət qədər quru qida, su və tibbi ləvazimatlarla təmin etdiklərini qeyd edib.
Banqladeş Meteorologiya Departamenti Siklon Xəbərdarlıq Mərkəzinin direktor müavini Şamim Ahsan da ölkədə təsirini göstərməyə başlayan “Remal” siklon qasırğasının Hindistanın Qərbi Benqal əyalətinə doğru irəlilədiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...