22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ramazan hilalı ilk olaraq Atlantik okeanında görünəcək

06-03-2024

Hicri təqvimlə Ramazan ayının başlanmasına işarə edən aypara bu il ilk olaraq Atlantik okeanında, az sonra isə Şimali və Cənubi Amerika qitələrində görünəcək.

Türkiyə Dəyanət İşləri Yüksək Şurasının astronomu Gürhan Eren hicri təqvimində 12 aya aid olan qəməri aylarının müəyyən edilməsi üçün edilən hesablamada təqribən 29,5 gün müddətinin olduğunu bildirib. Burada Ayın Yer ətrafında fırlandığı əsas götürülür və burada konsensusla görmə meyarlarından istifadə edilir.

Ayparanın görünmə meyarlarının 2016-cı ildə keçirilən Beynəlxalq Hicri Təqvim Birliyi Konqresində alınan qərarlarla müəyyən edildiyini ifadə edən Eren "Ramazan hilalı ilk olaraq Atlantik okeanı ilə Şimali və Cənubi Amerika qitələrində görünəcək. 10 Martda bir vizyon olacaq. Konqresdə alınan qərarlara görə, dünyanın Amerika qitəsində görünəcək aypara səbəbiylə Ramazan ayına 11 Martda başlayacağıq.”-deyə əlavə edib. 

Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox İslam ölkəsinin Ramazana eyni gündə başlayacağına ümid etdiyini ifadə edən Eren Şəvval (Fitr) hilalının isə ilk olaraq Asiya qitəsinin şərqində görünəcəyini bildirib.

Paylaş: