Radiasiya Problemləri İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar keçirilib
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu bir neçə ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə Fövqəladə hallar və Radiasiya təhlükəsizliyi üzrə aylıq ümumşəhər seminarları keçirir.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, sön dövrlərdə seminarlarda Çexiya, Türkiyə, Ukrayna və Özbəkistan alimləri, habelə ölkəmizin qabaqcıl alimləri məruzələrlə çıxış edirlər. 2024-cü ilin əvvəlindən bu seminarların əsas mövzuları “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunur.
Çexiya Texniki Universitetinin əməkdaşı dr Fədaət Məmmədov, Türkiyənin Ege Universitetinin Nüvə elmləri və Texnologiyaları İnstitutunun direktoru prof dr Sabriye Yuşan, Ukrayna Elmlər Akademiyasının professoru Namik Rəşidov, İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı dosent Gülçin Abdullayeva, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri professor Vaqif Məmmədov, Radiasiya Problemləri İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü İslam Mustafayev və dosent Famil Hümbətov “Yaşıl İqtisadiyyatın” və COP29-a hazırlığın müxtəlif problemlərindən bəhs ediblər.
Türkiyənin Ege Universitetinin professoru Əziz Eftexari “Nanotexnologiyalar yaşıl iqtisadiyyatda” adlı məruzə ilə seminarda çıxış edib. Professor Nanotexnologiyaları tətbiq etməklə dəniz və okeanların səthinin təmizlənməsi və karbon mübadiləsinin təmin olunması sahəsində apardığı tədqiqatların nəticələrini, habelə dünya elmində bu sahədə aparılan tədqiqatların uğurlarını dinləyicilərin nəzərinə çatdırıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...