Qvatemalanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib
Qvatemalanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib, lakin heç bir itki və ya böyük dağıntıya səbəb olmayıb. Baş verən zəlzələ qonşu El Salvadorda da hiss olunub.
Fhnews.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Taxisko şəhərindən yeddi kilometr cənub-şərqdə, 108 kilometr dərinlikdə baş verib.
Qvatemala Seysmologiya İnstitutu zəlzələnin 6.0 bal gücündə olduğunu və ölkənin cənubunda hiss edildiyini qeyd edib
Qvatemalanın mülki müdafiə sözçüsü Rodolfo Qarsiya jurnalistlərə açıqlamasında hələki heç bir itki və ya dağıntı barədə məlumat verilmədiyini, səlahiyyətlilərin ölkə daxilində vəziyyəti diqqətlə izlədiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...