Qütb ayılarını izləməyi asanlaşdıracaq yeni cihazlar hazırlanıb
Kanadanın York və Alberta Universitetlərinin tədqiqatçıları insanların qütb ayıları ilə qarşılaşma riskini azaltmaq üçün ayıların tüklərinə və qulaqlarına taxılacaq izləmə cihazları hazırlayıblar.
Tədqiqatçılar Kanadanın Arktika arxipelaqında yaşayan qütb ayıları üzərində sınaqdan keçirilən cihazların ayıların yerini müəyyənləşdirməyə və onları insanlardan uzaq tutmağa kömək edəcəyini düşünürlər.
Tədqiqatçılar ayıları izləmək üçün üç yeni cihaz hazırlayıblar və onlar cihazları yerləşdirmək üçün tapdıqları ayıları anesteziya ilə qısa müddətə sakitləşdirirlər.
Tədqiqatçılar cihazın yerləşdirilməsi ilə onun ayıdan düşməsi arasındakı zaman aralığında çəkilmiş yer məlumatlarını araşdırırlar.
Hazırlanan 3 cihazdan ən effektivinin ayının qulağına yerləşdirilmiş “SeaTrkr” cihazı olduğunu bildirən tədqiqatçılar cihazın orta hesabla 58 gün ayının üzərində qaldığını və ayının mövqeyinin cəmi bir neçə metr dəyişdiyini müşahidə ediblər.
Bu cihazlar temperaturun gündən-günə yüksəldiyi bölgədə ayılar haqqında əvvəllər məlum olmayan davranış məlumatları da aşkar edəcək.
Tədqiqatın aparıcı tədqiqatçısı Tyler Ross xəzlərə yapışdırılan cihazların insanların qütb ayıları ilə qarşılaşma riskini azaltmağa kömək edəcəyini söyləyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...