Qrip infeksiyası 5 yaşa qədər uşaqlarda fəsadlaşma yarada bilər
“Qrip infeksiyası 5 yaşa qədər uşaqlarda fəsadlaşma yarada bilər. Xəstəlik onlarda böyüklərə nisbətən daha ağır keçir”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov söyləyib.
Onun sözlərinə görə, yanaşı ağır xroniki xəstəliyi, immundefisit halları olan uşaqlar xəstələnərkən mütləq və dərhal həkimə müraciət edilməlidir: “Yalnız həkim tərəfindən xəstə uşağın evdə və ya xəstəxanada müalicə olunmasına qərar verilə bilər. Ümumilikdə isə qrip virus mənşəli olduğuna görə, antibiotiklərin təyin edilməsi nəinki olmaz, əksinə, olduqca ziyanlıdır. Bu cür dərmanlar yalnız müvafiq bakterial ağırlaşmaların sübutu olduqda həkim-mütəxəssis tərəfindən təyin edilir. Mövsümi virus infeksiyalarından sonrakı 7-10 gün ərzində bir çoxlarında astenovegetativ əlamətlər yaranır. Bu zaman insan özünü bir müddət zəif, halsız hiss edir, yuxusu pisləşir, iştahası azalır, yaddaşı zəifləyir, iş qabiliyyəti aşağı düşür. Xəstəliyin daha tez aradan qalxması üçün kifayət qədər istirahət edilməli, özünü fiziki və zehni yükləməməli, açıq havada gəzməli, gün ərzində 7-8 saat yatmalı, az intensivlikli səhər idmanı hərəkətlərini yerinə yetirməli, vitamin-mineral tərkibli qidalar, mövsümə uyğun meyvə-tərəvəz ilə qidalanmalı, maye qəbulunu bir qədər artırmalı və stresdən uzaq olmalıdır”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...