22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qrenlandiyada 518 milyon il əvvələ aid nəhəng yırtıcı qurdlar aşkar edilib

04-01-2024

Timorebestia kimi tanınan bu qurdların buğumayaqlıların meydana çıxmasından 10-15 milyon il əvvəl okeanlarda hökmranlıq etdiyi məlum olub.

Elm aləmində yeni olan bu heyvanlara latınca "terror heyvanları" mənasını verən Timorebestia adı verilib.Onların kəşfləri bu gün də yaşayan yırtıcı qurdların maraqlı qrupu haqqında yeni məlumatlar ortaya qoyur.

Çaetognatlar kimi də tanınan ox qurdları okeanda kiçik zooplanktonları ovlayan nəsli kəsilməkdə olan dəniz yırtıcılarıdır.

Ölçüsü təxminən 3 ilə 100 millimetr arasında dəyişən bugünkü qurdlarla müqayisədə, Timorebestia təxminən 30 santimetr ölçüdədir. 518 milyon ildən çox əvvələ aid bir fosil yerində tapılan bu nəhəng qurdun suda ovlaya bilən ən qədim ətyeyən heyvanlardan biri olduğuna inanılır.

Onlar uzun antenaları və başlarının içərisində təsirli çənələri olan qəribə görünüşlü canlılardır. Bu, onları çıxıntılı çənələri olan törəmələrindən fərqləndirir.

Paylaş: