22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qrenlandiya saatda 30 milyon ton buz itirir

18-01-2024

Araşdırmalara görə, Qrenlandiya iqlim dəyişikliyi səbəbindən saatda orta hesabla 30 milyon ton buz itirir.

“The New York Times” qəzetinin yazdığına görə, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb. Demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri xəritədə bir araya gətirilib.Bunları araşdıran tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər. Məlumatlar göstərir ki, Qrenlandiya proqnozlaşdırılandan 20 faiz çox əriyir.

Qeyd edək ki, Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib.Tədqiqatçıların fikrincə, əriyən buzlaqlardan əlavə şirin su təchizatı okean axınlarının dağılmasını sürətləndirə bilər. Sözügedən ərimə səbəbindən dəniz səviyyəsində təxminən 13 millimetr yüksəliş olduğu bildirildi. Tədqiqata daxil edilən 200-dən çox buzlaqdan yalnız birinin 1985-ci ildən bəri böyüdüyü məlum olub.

Paylaş: