Qrenlandiya köpəkbalıqlarının uzunömürlülüyünün səbəbi məlum olub
Bioloqların hər zaman marağına səbəb olan məsələlərdən biri də Qrenlandiya köpəkbalıqlarının uzunömürlülüyüdür.
Fhnews.az “Live Science” saytına istinadla xəbər verir ki, dünyanın ən yaşlı Qrenlandiya köpəkbalığı (Somniosus microcephalus) 397 il ömür sürüb.
Əvvəllər bu canlıların uzunömürlülüyü soyuq su hövzələrində və dərində yaşamaları ilə izah edilirdi. Lakin fərziyyə özünü doğrultmayıb.
Eksperimental Biologiya Cəmiyyətinin Praqada keçirilmiş konfransında isə mövzu ilə bağlı yeni tədqiqat təqdim edilib. Məlum olub ki, orta ömrü 250 il təşkil edən Qrenlandiya köpəkbalıqlarının çox yaşamasına səbəb metabolik proseslərin sabitliyidir. Digər canlılar yaşlaşdıqca hüceyrələrin yenilənməsi pisləşdiyi halda, köpəkbalıqlarında eyni proses müşahidə olunmur. Başqa sözlə, onlarda ənənəvi qocalma prosesini görmək mümkün deyil.
Soyuq iqlimin uzunömürlülükdə xüsusi rolu olmadığını qeyd edən alimlər eyni zamanda xəbərdar edirlər ki, qlobal isinmə bu canlılarda metabolizm prosesini sürətləndirə bilər. Nəticədə onların ömrü hiss ediləcək qədər azalacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...