22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qorxunc "Asiya Pələngi" xəbərdarlığı

12-06-2024
IMG

Qızdırmalı xəstəliklərə səbəb olan “Asiya pələngi ağcaqanad”ı bütün Avropada sürətlə yayılır.Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi  qızdırmalı xəstəliklərə səbəb olan Asiya Pələngi Ağcaqanadı (Aedes albopictus) kimi tanınan ağcaqanad növünün iqlim dəyişikliyi səbəbiylə Avropanın şimalı, şərqi və qərbində yayılmağa başladığını açıqlayıb. Açıqlamada bildirilib ki, denq qripi, çikungunya və Zika viruslarını ötürməsi ilə tanınan Aedes albopictus Avropada şimal, şərq və qərbə yayılır və hazırda 13 Avropa İttifaqı/Avropa İqtisadi Bölgəsi ölkəsində özünü təmin edən populyasiyaya malikdir.Bəyanatda bu fikirlər yer alıb: 

“İqlim dəyişikliyinin ağcaqanad populyasiyasının yaranması və böyüməsi üçün əlverişli ekoloji şərait yaratmaqla Avropada ağcaqanadlarla ötürülən xəstəliklərin yayılmasına böyük təsir göstərəcəyi proqnozlaşdırılır.”

Paylaş: