Qlobal proqram böhranı ilə bağlı “Microsoft”dan açıqlama
“Microsoft” bütün dünyada Windows əməliyyat sistemi istifadəçilərinin yaşadığı proqram problemi ilə bağlı açıqlama verib. ABŞ-nın texnoloji nəhəngi bildirib ki, fasilə kiberhücum nəticəsində baş verməyib.
“Microsoft” kibertəhlükəsizlik xidməti təminatçısı olan “CrowdStrike”in yaratdığı qlobal proqram problemi ilə bağlı açıqlama verib. Açıqlamada üçüncü tərəf proqram platformasının yenilənməsi nəticəsində yaranan problemin “Windows” əməliyyat sistemindən istifadə edən cihazlara təsir etdiyi bildirilib:
"Sözügedən üçüncü tərəf proqram platforması problemi mümkün qədər tez həll etmək üçün işləməyə davam etsə də, biz “Microsoft” olaraq müştərilərimizə və biznes tərəfdaşlarımıza lazımi dəstəyi göstərdiyimizi bildirmək istərdik. Kiber İnsidentlərə Müdaxilə Mərkəzi göstərir ki, yaşanan pozuntular kiberhücum nəticəsində yaranmayıb”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...