Qlobal müdafiə şirkətləri artan dövlət sifarişləri sayəsində rekord gəlir qazanacaqlar
Dünyanın ən böyük müdafiə və aerokosmik şirkətləri yüksələn geosiyasi gərginlik fonunda hökumətin yeni silahlara dair sifarişləri artdıqca qarşıdakı üç il ərzində rekord gəlir əldə edəcəklər.
Fhnews.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, bu sahələr üzrə 15 aparıcı şirkətin gəlirləri 2026-cı ilə qədər 52 milyard dollara qədər artacaq. Bu da 2021-ci ilin sonu ilə müqayisədə iki dəfə çoxdur.
Bu şirkətlərin gəlirlərinin artması üçün əsas stimul Ukraynadakı münaqişə və Yaxın Şərqdəki gərginlik olaraq qalır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...