Qlobal istiləşməyə baxmayaraq, İsveçdə rekord şaxtalar qeydə alınıb
İsveçdə ilin ilk həftəsi bütün ölkə üzrə şaxtalı, bolluca qarlı keçib.
Fhnews.az xəbər verir ki, Laplandiyanın şimalında temperatur rekord həddə - mənfi 43,8 dərəcə Selsiyə düşüb. Belə soyuqlar 1999-cu ilin yanvarından bəri müşahidə olunmayıb.
Qlobal istiləşmə dəyişmədən güclənir və 2023-cü il Yer kürəsində qeydə alınan ən isti il olub. Lakin hazırda İsveçin şimalındakı bəzi yerlərdə temperatur mənfi 40 dərəcədən aşağı düşüb. Bu, necə mümkündür?
İsveçin Hidrologiya və Meteorologiya İnstitutunun (Sveriges meteorologiska och hydrologiska institut, SMHI) iqlimşünaslıq professoru Erik Kyellstrem bu sualı cavablandırıb.
“Əgər belə hava şəraiti 50 il bundan əvvəl olsaydı, o halda ehtimal ki, daha da soyuq olardı. Son vaxtlar ölkənin şimalındakı əksər yerlərdə açıq səmalı və kifayət qədər zəif küləkli yüksək atmosfer təzyiqi üstünlük təşkil edir, cənubda isə hava küləklidir. Səma buludsuz olanda atmosferin yuxarı təbəqəsində isti daha sürətlə yayılır, yəni yerə yaxınlaşdıqca soyuq olur. Zəif külək isə o deməkdir ki, digər yerlərdən isti hava daha daxil olmur. Bundan başqa, qar və buz qurunun, göllərin və okeanların istisinə havanı qızdırmaq imkanı vermir”, - deyə professor izah edir.
Erik Kyellstrem tədqiqatçı həmkarları ilə İsveçdə 1961-ci ildən bəri hava dəyişmələrini təhlil edib. Nəticələr hər cür hava şəraitində getdikcə daha isti olduğunu göstərib.
“İsveç üzrə “soyuq” rekordların böyük hissəsi 1900-cu ilədək olan dövrə aid edilir və bu rekordlar son onilliklərdə qismən nadir hallarda baş verir. İsti rekordlarına gəlincə, əksinə, onlar son vaxtlar daha geniş yayılıb”, - deyə Kyellstrem vurğulayır.
Alimin sözlərinə görə, iqlim ilə havanı qarışdırmamaq çox mühümdür. O deyib: “Hava – nizamsız sistemdir ki, həmişə güclü dəyişəcək. İqlim isə, misal üçün, atmosferdə istixana qazlarının miqdarı ilə nəzarət edilən uzunmüddətli şərtlərdir”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...