Qlobal istiləşmə ilə bağlı Parisdən Bakıya velosiped səfəri
Avropanın iqlim fəalları qlobal istiləşməyə diqqət çəkmək üçün Parisdən Bakıya velosipedlə getməyə qərar veriblər.
Fransanın paytaxtı Parisdən velosipedlə yola çıxan 3 iqlim fəalı İstanbulun Barbaros meydanında bir qrup velosiped həvəskarı tərəfindən qarşılanıb. Burada çıxış edən Guillaume Outrage iqlim dəyişikliyinin həllində velosipedlərin rolundan danışıb.
Qlobal istiləşməni azaltmaq üçün nəqliyyatda velosiped istifadəsinin artırılması zərurətinə diqqət çəkmək istədiklərini ifadə edən iqlim fəalı əlavə edib ki, velosipeddən istifadə zamanı karbon emissiyalarında çox əhəmiyyətli bir azalma görünür.
Qrup üzvləri Türkiyədəki proqramından sonra velosipedlə Gürcüstan və Bakıya gedəcəklər.
Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakı ölkə tarixində ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına (COP29) hazırlaşır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...