Qlobal Cənubda iqlim dayanıqlılığı üçün QHT-lərin əməkdaşlıq imkanları müzakirə olunub
COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransında AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə I panel müzakiləri keçirilib.
Fhnews.az xəbər verir ki, “Qlobal Cənubda iqlim dayanıqlılığı üçün əməkdaşlıq” adlı ilk paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Sərəgəldin, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin müstəqil eksperti Carlyle Corbin, Efiopiyada “Hər kəs üçün ədalət” təşkilatının prezidenti Daniel Gebreselassie, Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Cozef Mitika Mvenda məruzələrlə çıxış edib.
“Cənub-cənub əməkdaşlığı ilə iqlim həllərinin araşdırılması”, “Kiçik ada ərazilərinin iqlim həssaslıqları”, “Bakıdan Belemə: COP30-da tranformativ nəticələr üçün inklüziv və irəliləyən yol xəritəsi” və s. mövzular ətrafında müzakirələr aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...