22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qlobal bərabərsizlik: Dünya əhalisinin əksər hissəsi üçün xərçəngin yeni müalicə üsulları əlçatan deyil

20-10-2024
IMG

Zəngin və kasıb ölkələr arasında fərq 1990-cı illərdən yeni dərmanlar dünyanın əksər hissəsində deyil, yüksək gəlirli regionlarda mövcud olduğu üçün genişləndi. Təkcə 2018-ci ildən 2022-ci ilə qədər bazara çıxan 197 yeni dərmanla xərçəngin müalicəsində irəliləyişlər sürətlənsə də, yeni bir təhlil göstərdi ki, bundan yüksək gəlirli ölkələr fayda əldə edir. Dünyanın çox hissəsi isə geridə qalır. 1990-2022-ci illər arasında 111 ölkədə 568 xərçəng dərmanı bazara daxil olub, onların əksəriyyəti son 10 ildədir.

Fhnews.az xəbər verir ki, “BMJ Global Health” jurnalında dərc edilən araşdırmaya görə, bir çox müalicə ilk olaraq yüksək gəlirli ölkələrdə başlayır, aşağı gəlirli regionlar isə uzun gecikmələrlə üzləşir. Bu boşluqlar 1990-cı illərdən sonra daha da genişlənib. Başqa sözlə, inkişaf etmiş ölkələrdə yaşayanların yeni xərçəng müalicələrinə həmişəkindən daha çox çıxış imkanı olsa da, aşağı gəlirli regionlarda çıxış durğun olaraq qalıb.

Araşdırmada iştirak etməyən Hollandiyanın Rotterdam Erasmus Universitetinin professoru Karin Uyl de Qrot bildirib ki, 2000-ci ildən bəri xərçəng xəstəliyinin müalicəsi üçün yeni dərmanlar hazırlanıb. Amma həmin dərmanların müəyyən ölkələrə gəlirlə bağlı əçatanlıq problemləri mövcuddur”.

1990 və 2022-ci illər arasında ən çox yeni xərçəng dərmanı (345) ABŞ-da, Yaponiyada (224), Kanadada (221), Avstraliyada (204), Britaniyada (191) və Çində (169) təqdim edilib. Digər Qərbi Avropa ölkələri - Almaniya, Fransa, İtaliya, İspaniya və ya Böyük Britaniya da satışa çıxarılan dərmanların həcminə görə (10,2 faizi) birinci yerdədir. Bundan başqa, Afrika, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Mərkəzi Asiya və Şərqi Avropa ən az yeni dərmanın satışa çıxarıldığı bölgələr olub.

Problem odur ki, əczaçılıq şirkətləri ilkin bazarlarından kənarda yeni müalicə üsullarını tətbiq etməkdə çətinlik çəkir. 2022-ci ilə qədər, son 30 ildə bazara çıxarılan 568 xərçəng dərmanının üçdə birindən çoxu yalnız bir ölkədə, yalnız 28 faizi isə 10-dan çox ölkədə mövcuddur. Araşdırmaya görə, dərman bir ölkədə satışa çıxarıldıqdan sonra onun ikinci ölkədə satışa çıxarılması üçün orta hesabla 1,5 il, digər bazarlarda isə iki il və ya daha çox vaxt lazım gəlir. Tədqiqata görə, gəlirləri yüksək, xərçəngə yoluxma halları daha çox olan ölkələr, ümumiyyətlə, daha az gecikmələrlə üzləşir.

Tufts Tibb Mərkəzinin tədqiqatçılarının fikrincə, ən son müalicə üsullarının mövcud olmadığı ölkələrdə xəstələr ya vətəndə aşağı keyfiyyətli müalicə alır, ya da qabaqcıl tibbi xidmət üçün xaricə getməyə məcbur olurlar. Bu da bəzi regionlarda xərçəngin daha ağır formada keçirilməsinə səbəb ola bilər. Bu, yaxın illərdə daha böyük problemə çevrilə, aşağı gəlirli ölkələrdə ömür uzunluğu azala, xərçəng xəstələrinin sayı arta bilər.

2011-2018-ci illər arasında Avropanın 28 ölkəsində satışa çıxarılan 12 xərçəng dərmanının təhlilində Karin Uyl de Qrotun tədqiqat qrupu fərqlər aşkar edib. Bu ölkələr arasında yeni dərmanı bazara çıxarmaq üçün orta vaxt 17 gündən 3,3 ilə qədərdir. Almaniya, Böyük Britaniya və Avstriyada daha sürətli çıxış, Yunanıstan və Şərqi Avropa ölkələrində isə daha çox gecikmələr baş verib. Daha çox yeni dərmanların buraxılması xəstələr üçün heç də həmişə yaxşı nəticə vermir. Yeni dərmanın buraxılması həmişə xəstələrin birbaşa çıxışı demək deyil və tədqiqatçılarda qiymətlərlə bağlı məlumat yoxdur.

Bəzi xərçəng dərmanları çox bahalı olduğundan büdcəni düşünən hökumətlər, hətta zəngin Qərbi Avropa ölkələri belə, onların pulunu ödəməkdə tərəddüd edir.

Paylaş: