22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qlobal ağac növləri təhdid altındadır

29-10-2024
IMG

Beynəlxalq Nəbatat Bağlarının Mühafizəsi Təşkilatı  və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən tərtib edilmiş və mindən çox alimin töhfə verdiyi ağacların qiymətləndirilməsi Kolumbiyanın Kali şəhərində keçirilən Bioloji Müxtəliflik üzrə Konvensiya (COP16) konfransında açıqlanıb.

Alim Emili Biç hazırda dünyadakı ağacların 38 faizinin nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olduğunu bildirib. "Ağaclar bütün dünyada böyük təhlükə altındadır, ancaq qoruma hərəkətlərinə üstünlük verməmiz üçün lazım olan vasitələrə sahibik. Zərərli həşərat və xəstəliklər ağaclara mənfi təsir edir. Məsələn, maqnoliya ən çox təhlükə altında olan ağaclar arasında olsa da, palıd, ağcaqayın və qara ağac da risk altındadır.

Ağacları itirsək, onlarla birlikdə dünyada bir çox başqa növləri də itirərik”-deyə Emili Biç bildirib. Çünkü  dünyadakı bir çox ağac növləri bir çox digər quşlar, məməlilər, böcəklər və göbələklər üçün yaşayış yeri təmin edir. Əgər ağacları itirsək, onlarla birlikdə bir çox başqa növlər də məhv olar. Alimlər tənəzzülə kənd təsərrüfatının intensivləşməsi, yollar və şəhərsalmanın səbəb olduğunu deyirlər.

Paylaş: