Qışın əvvəlindən Monqolustanda 611 mindən çox mal-qara tələf olub
Qışın əvvəlindən bəri sərt hava şəraiti nəticəsində Monqolustanda 611 mindən çox mal-qara tələf olub.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Monqolustanın Fövqəladə Vəziyyətlər İdarəsi mal-qaranın tələfatını qar və şaxtalar səbəbindən yem çatışmazlığı ilə əlaqələndirib. Qida çatışmazlığı heyvanların qar altında yemək tapa bilməyərək aclıqdan və soyuqdan tələf olması ilə nəticələnən təbii fəlakət hesab olunur.
Qeyd edək ki, 2023-cü ilin sonunadək Monqolustanda mal-qaranın ümumi sayı 9,1 faiz azalaraq 64,7 milyon baş təşkil edib. Ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan heyvandarlıq köçəri əhalinin demək olar ki, 40 faizinin gəlir mənbəyidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...