22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qırmızı dənizdəki gərginlik Süveyş kanalının gəlirlərini 23,5 faiz azaldıb

18-07-2024
IMG

Misirin Süveyş kanalının illik gəlirləri Qırmızı dənizdəki gərginlik səbəbiylə təxminən  23,5 % azalaraq 7,2 milyard dollar olub.

Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi verdiyi açıqlamada kanaldakı nəqliyyatın Qırmızı dəniz böhranının təsirindən ciddi şəkildə təsirləndiyini bildirib.Açıqlamada deyilir ki, təhlükəsizlik problemləri bir çox gəmi sahibini və operatoru kanal boyunca alternativ yollardan istifadə etməyə məcbur edib ki, bu da kanalda gəmilərin tranzit dərəcələrinə mənfi təsir edib.

Qeyd edək ki, 2022/2023 maliyyə ilində Süveyş kanalından 1,5 milyard ton yük daşıyan 25 min 911 gəmi keçib və 9,4 milyard dollar gəlir əldə edilib.

Paylaş: