Qırmızı dənizdə nəhəng neft ləkəsi əmələ gəlib
Yəmənin “Ənsar Allah” hərəkatlı tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə nəhəng neft ləkəsi əmələ gəlib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.
“Fevralın 18-də husilər "Rubymar" yük gəmisinə hücum etdilər. Husilərin səbəbsiz və ehtiyatsız hücumu gəmiyə ciddi ziyan vurdu və nəticədə 18 mil (təxminən 29 km) ərazidə neft ləkəsi əmələ gəldi”, - Komandanlığın məlumatında qeyd olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...