22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qırğızıstanla Çin sərhədində bir neçə zəlzələ olub

12-02-2024

Qırğızıstan və Çin sərhədində zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Seysmologiya İnstitutu yayıb. 

Ümumilikdə dünən səhərdən bu gün səhərə qədər 4 zəlzələnin qeydə alındığı bildirilir. Bunlar arasında ən güclü yeraltı təkan 5,2 maqnitudalı olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Zəlzələlərin episentri Çin ərazisində yanvarın 23-ü 7 maqnitudalı güclü zəlzələnin baş verdiyi ərazidə yerləşib.

Paylaş: