Qırğızıstanın Cəlalabad şəhəri “2025-ci ilin Türk Dünyası Turizm Paytaxtı” seçilib
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 9-cu Toplantısında Qırğızıstanın Cəlalabad şəhəri “2025-ci il Türk Dünyasının Turizm Paytaxtı” elan edilib.
Cəlalabad şəhərində Qırğızıstan Turizm Departamentinin rəhbəri Maksat Usubəliyevin ev sahibliyi ilə keçirilən toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.İclasda Cəlalabad şəhəri “2025-ci ilin Türk Dünyası Turizm Paytaxtı” seçilib və gələn il şəhərdə keçiriləcək tədbirlərin yol xəritəsi qəbul edilib.
Qeyd edək ki, ölkənin cənubunda yerləşən üçüncü böyük şəhər olan Cəlalabad zəngin mineral ehtiyatları, qoz, düyü növləri və müxtəlif meyvələri ilə diqqət çəkir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...