Qırğızıstanda qar uçqunu nəticəsində itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzi bildirib ki, oktyabrın 19-da səhər saatlarında aparılan axtarış-xilasetmə tədbirləri zamanı dağlıq ərazidə itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb.
Fhnews.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan FHN-in xilasediciləri oktyabrın 18-dən etibarən Cəlal-Abad vilayətinin Çatkal rayonunun Ak-Sai ərazisində qar uçqunu nəticəsində itkin düşmüş 6 vətəndaşın axtarışlarını davam etdirirlər. Axtarış-xilasetmə əməliyyatı zamanı 3 nəfərin cəsədi aşkar edilərək helikopterlə Kumbel ərazisindəki qərargaha aparılıb. Xilasedicilər cəsədləri polis əməkdaşlarına və həlak olanların yaxınlarına təhvil veriblər.
Agentlik xatırladıb ki, oktyabrın 9-da Kanış-Kiya kəndinin 14 sakini və bir xarici ölkə vətəndaşı nadir bitkinin kökünü axtarmaq üçün dağlara çıxdıqdan sonra itkin düşüblər. Oktyabrın 16-da həyata keçirilmiş axtarış tədbirləri nəticəsində onların 8-i xilas edilib, 6 nəfər isə qar uçqunu altında qalaraq ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...