Qida təhlükəsizliyi qaydaları pozulan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran rayonu, Gərmətük qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Azad Şirməmməd oğlu Həsənova məxsus “Sizin Dönər” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçinin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan ümumi çəkisi 10 kiloqram toyuq ətindən bişmiş dönər məhsulu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dönər məhsulunun satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...