Qəzzaya yardım aparan ilk gəmi Kipr limanından yola çıxıb
Pilot layihə çərçivəsində Qəzza sektoruna təxminən 200 ton ərzaq yardımı aparan gəmi Kipr limanından ayrılıb.
Fhnews.az Reuters agentliyinə istinadla xəbər verir ki, “Open Arms” gəmisi çərşənbə axşamı günü səhər tezdən Kiprin Larnaka limanından yola düşüb.
Əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən missiya ABŞ-da yerləşən “World Central Kitchen” xeyriyyə təşkilatı tərəfindən təşkil olunub. İspaniyanın “Proactiva Open Arms” xeyriyyə təşkilatı də yardımın göndərilməsində iştirak edib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Uzun müddətdən bəri davam edən blokada və bombardman nəticəsində Qəzza zolağında dərin humanitar böhran yaşanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...