Qəzzada BMT-nin 136 əməkdaşı həlak olub
Qəzza zolağında 75 gün davam edən qarşıdurma zamanı BMT-nin 136 əməkdaşı həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş "X" səhifəsində yazıb.
Onun sözlərinə görə, bu BMT tarixində görünməmiş haldır:
“Əməkdaşlarımızın çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm”.
Bundan əvvəl BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, təşkilatın Qəzza zolağında humanitar əməliyyatları tezliklə iflic ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...