Qazaxıstanla sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə dövlətlərarası münasibətlərin bütün sferalarında, o cümlədən sosial sahədə səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqların iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil etdiyini bildirib. Bu sahədə iki ölkə arasında imzalanmış əməkdaşlıq sənədlərinin, təcrübə mübadilələrinin və qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verilib.
D.Arqandıkov ikitərəfli münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.
Sosial sahədə rəqəmsallaşma tədbirləri, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...