22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda xüsusi əməliyyat zamanı səkkiz qruplaşma zərərsizləşdirilib

19-02-2024

Qazaxıstan Baş Prokurorluğunun koordinasiyası ilə Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat çərçivəsində Aktobe, Atırau, Türküstan, Cambil, Jetısu, Şərqi və Qərbi Qazaxıstan vilayətlərində, həmçinin Şimkent şəhərində səkkiz qruplaşma zərərsizləşdirilib.

Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, respublikanın səkkiz rayonunda keçirilən əməliyyatlara təhlükəsizlik xidmətinin 250-yə yaxın əməkdaşı cəlb olunub.

Əməliyyatlar zamanı 23 nəfər saxlanılıb. Onlar ağır və xüsusilə ağır cinayətlərdə, o cümlədən insan oğurluğu, hədə-qorxu ilə pul tələb etmə, narkotik vasitələrin və odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinirlər. Aparılan axtarışlar nəticəsində odlu silahlar, döyüş sursatı, nağd pul və narkotik vasitələr aşkarlanaraq götürülüb.

Paylaş: