22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda tibb müəssisələrində maska rejimi tətbiq olunur

19-08-2024
IMG

Qazaxıstanın Baş sanitar həkim səlahiyyətlərini icra edən Nurkan Sadvakasov xəstəxanalarda tibb işçiləri üçün maska rejiminin tətbiqini nəzərdə tutan qərar imzalayıb.

Fhnews.az xəbər verir ki, sənədə əsasən, maska taxmaqla yanaşı, tibb müəssisələrində dezinfeksiya rejimi də gücləndiriləcək.

Bundan əlavə, vilayət və şəhərlərin səhiyyə idarələrinin rəhbərlərinə sentyabrın 1-dən başlayaraq, qripə qarşı peyvənd kampaniyasına hazırlıq görülməsi tapşırılıb.

Paylaş: