22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda şaxtalı hava ilə əlaqədar məktəblər distant təhsilə keçib

16-02-2024

Qazaxıstanda soyuq hava şəraiti ilə əlaqədar paytaxt Astana da daxil olmaqla bir çox bölgədə məktəblər distant təhsilə keçib.
Havanın temperaturunun mənfi 35-38 dərəcə olduğu ölkəyə şaxtalı hava təsir etməkdə davam edir.

Paytaxt Astana da daxil olmaqla, Aktobe, Karaqandı, Kökşetau, Kostanay, Petropavl, Kızılorda, Semey, Pavlodar və Ekibastuz şəhərlərində universitetlər istisna olmaqla, bütün məktəblər növbəti xəbərdarlığa qədər onlayn təhsilə keçib.

Sərt qış şəraiti bütün ölkə həyatına mənfi təsir göstərməkdə davam edir. Şərqi Abay vilayətində güclü qar fırtınası səbəbindən 100-ə yaxın avtomobil yolda qalıb. Maşınlarda olan 29 qadın və uşaq vertalyotla təxliyə edilib.

Qazaxıstanın ən sıx məskunlaşdığı Almatıda qarın qalınlığı 7 santimetr olub. Şəhər nəqliyyatında sıxlıq yaşanarkən Almatı Polis İdarəsi səhər saatlarından bəri 82 yol qəzasının baş verdiyini açıqlayıb.

“Air Astana” milli aviaşirkəti qar yağması və sıx duman səbəbindən Almatıdan uçan reyslərdə gecikmə ola biləcəyini bildirib.Almatı-Bişkek beynəlxalq avtomobil yolu da nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Dondurucu soyuqların gələn həftənin sonuna qədər ölkə daxilində təsirli olacağı bildirilib.

Paylaş: