22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda qarayara xəstəliyi şübhəsi ilə 4 yoluxma halı müəyyən edilib

04-09-2024
IMG

2024-cü il sentyabrın 1-də Qazaxıstan Respublikasının Uyğur rayonunun Ulken Aksu kənd dairəsində qarayara xəstəliyi şübhəsi ilə dörd yoluxma halı müəyyən edilib.

Fhnews.az Almatı vilayətinin icra hakimiyyəti orqanına istinadla xəbər verir ki, xəstəliyin ilkin səbəbi xəstə heyvanın kəsilməsində iştirakdır. Yoluxma riskinə məruz qalan əlaqəli şəxslərin dairəsi müəyyən edilib. Onların hamısı tibbi nəzarətə alınıb.

Hazırda yaşayış məntəqəsində dezinfeksiya aparılıb, xəstəliyə yoluxanların şəxsi təsərrüfatından olan iribuynuzlu mal-qara təcrid olunaraq karantinə alınıb. Mütəxəssislər hər gün heyvanları müayinə edir, xəstəliyin hər hansı bir klinik əlaməti aşkar edilməyib.

İcra hakimiyyəti orqanından bildirilib ki, bütün zəruri baytar-sanitariya tədbirləri həyata keçirilir.

Yerli icra hakimiyyəti orqanları operativ qərargahın işini təşkil edib, vəziyyətə nəzarəti və kontrolu gücləndiriblər. Rayon polis şöbəsi tərəfindən ətin və mal-qaranın rayon hüdudundan kənara çıxarılmasına və digər rayonlardan gətirilməsinə məhdudiyyətlər tətbiq edilib.

Xəstəliyin əsas mənbəyi kənd təsərrüfatı heyvanları (iribuynuzlu mal-qara, atlar, qoyunlar, keçilər), eləcə də sporların uzun müddət qala biləcəyi yoluxmuş torpaqdır. Qarayara xəstəliyi insandan insana keçmir.

Paylaş: