22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda geyim bazarında yanğın baş verib

06-02-2024

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda Abay vilayətinin inzibati mərkəzi olan Semey şəhərindəki ən böyük “Akşın” geyim bazarında gecə saatlarında başlayan yanğını söndürürlər.

Fhnews.az xəbər verir ki, bu barədə bölgə polis departamentinin mətbuat xidməti xəbər verib.

"Semeydə ən böyük geyim bazarında yanğın gecə saat 03:00 radələrində baş verib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerindədir", - deyə qeyd olunub.

Lakin yanğının ərazisi və onun səbəbləri barədə hələlik məlumat verilməyib.

Ərazidə təhlükəsizliyin təmin edilməsi üçün yaxınlıqdakı bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və hüquq-mühafizə orqanları ictimai asayişə nəzarət edir.

Paylaş: