22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda arxeoloji tapıntı elmi müzakirələrə səbəb olub

17-07-2024
IMG

Qazaxıstanın Akmola vilayətindəki arxeoloji kəşf alimlərin diqqətini cəlb edib və onun mənşəyi haqqında müzakirələrə səbəb olub.

Fhnews.az Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Sandıktau rayonunun fövqəladə hallar şöbəsinin əməkdaşları profilaktik tədbir keçirərkən qəribə bir artefakt - daşdan yonulmuş insan üzü aşkarlayıblar.

Hazırda bu qədim heykəltaraşlıq əsərinin hansı dövrə aid olduğunu müəyyən etmək çətindir. Bu barədə alimlər müxtəlif fikirlər söyləyirlər.

Bəziləri tapıntının tunc dövrünə aid olduğunu, digərləri isə daha sonrakı türk dövrünə aid olduğunu iddia edirlər. Hətta bir alimin fikrincə, bu tapıntının Sibirdəki artefaktlarla oxşarlığı var.

Paylaş: