22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstanda 3,6 mindən çox insan təxliyə məntəqələrində qalır

25-06-2024
IMG

Miqyaslı yaz daşqınları səbəbindən evlərini tərk etmiş 3,6 mindən çox Qazaxıstan sakini hələ də təxliyə məntəqələrində qalır.

Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan baş nazirin müavini Kanat Bozumbayev bu rəqəmi hökumətin iclasında çıxışı zamanı səsləndirib.

“Daşqınların nəticələrinin aradan qaldırılması və zərər çəkən vətəndaşlara yardım göstərilməsi istiqamətində işlər davam etdirilir. Artıq 67 mindən çox insan öz evlərinə qayıdıb. Təxliyə məntəqələrində olan 3 min 664 sakinə lazımi kömək göstərilir”, - deyə Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, təbii fəlakətdən zərər çəkən rayonlarda 18 min 228 yaşayış binasına baxış keçirilib, 15 min 651 obyektin qiymətləndirilməsi başa çatıb. Mənzillərin bərpasına ümumilikdə 257 milyard tenqe (550 milyon dollar) vəsait lazımdır.

Qeyd edək ki, mart ayında qarların əriməsi ilə çayların səviyyəsinin qalxması səbəbindən Qazaxıstanın bir sıra regionları su altında qalıb. Təbii fəlakətin baş verdiyi rayonlardan 119 minədək insan təxliyə edilib.

Paylaş: