Qazaxıstan zəlzələlərin sayına görə dünya reytinqində xeyli “irəliləyib”
Qazaxıstanda bu il artıq 123 zəlzələ qeydə alınıb. Ən yüksək maqnituda 7 bal təşkil edib və Almatının cənub-şərqindən cənuba 262 kilometrlikdə müşahidə olunub.
Fhnews.az Qazaxıstanın “tengrinews” xəbər portalına istinadla xəbər verir ki, Qazaxıstan hazırda dünyanın 100 ölkəsinin siyahısında 6-cı yeri tutur. Ölkə bu xoşagəlməz reytinqdə 2023-cü illə müqayisədə birbaşa 58 mövqe yuxarı qalxıb.
“Statista” biznes məlumatları platformasının məlumatına görə, 2000-2023-cü illər ərzində dünyada 5 bal və daha artıq maqnitudalı 42,3 min zəlzələ qeydə alınıb. Bu dövr ərzində ən çox zəlzələ 2011-ci (2,5 min), 2010-cu (2,4 min), 2007-ci (2,3 min), 2021-ci (2,2 min) və 2009-cu (2,1 min) illərdə baş verib. Ən “sakit” il 2002-ci il (1,3 min zəlzələ) olub.
2023-cü ildə 1,7 min zəlzələ qeydə alınıb və bu, bir il əvvəlki ilə müqayisədə 0,8 faiz azdır. Ümumilikdə, ötən il 4-8 bal arası 15,6 min zəlzələ qeydə alınıb ki, bu da əvvəlki ildəkindən 1 faiz çoxdur.
2023-cü ildə ölənlərin sayına görə ən dağıdıcı zəlzələ Türkiyə və Suriyada həmin ilin fevralında baş verən 7,5-7,8 bal gücündə zəlzələ hesab olunur: onlar 62 min insanın həyatına son qoyub. 2023-cü ilin sentyabrında Mərakeşdə 6,8 bal gücündə baş verən və 3 minə yaxın insanın ölümü ilə nəticələnən və oktyabrda 6,3 bal gücündə Əfqanıstanda baş verən və 1500-ə yaxın insanın həyatına son qoyan zəlzələlər də şiddətli olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...