Qazaxıstan Belarusda terminal tikintisinə başlaya bilər
Qazaxıstan Belarusda konteyner terminalının tikintisi layihəsi ilə maraqlanıb.
Fhnews.az xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin yerli mediaya verdiyi məlumata görə, söhbət Polşa ilə dövlət sərhədindən 15 km məsafədə yerləşən “Svisloch” stansiyasında obyektin modernləşdirilməsi və tikintisindən gedir.
Obyektin əsas fəaliyyəti konteynerlərin 1520 mm-lik dəmir yolu xəttindən 1435 mm-lik xəttə və əksinə olmaqla yüklənməsi olacaq. Bu, Çindən Avropaya və geriyə dəmir yolu marşrutu ilə daşınan yüklərin terminal emalını təşkil etmək üçün lazımdır.
Hazırda tərəflər işçi qrupunun yaradılması üzərində çalışır və əməkdaşlıq şərtlərini müəyyənləşdirirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...