Qatı duman Tbilisi aeroportunda ciddi problemlər yaradıb
Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanında uçuşların bir hissəsini yerinə yetirmək mümkün olmayıb.
Fhnews.az xəbər verir ki, Moskva, İrəvan, Bakı və Tehrandan Tbilisiyə uçan təyyarələr Şota Rustaveli aeroportuna eniş edə bilməyib.
Aeroportun mətbuat xidmətinin məlumatına görə, “Georgian Airways” aviaşirkətinin Moskvadan Tbilisiyə uçan təyyarəsi Kutaisi hava limanına yönləndirilib. Daha üç aviaşirkətin (Air Dilijans, AZAL, Qeshm Air) təyyarələri geri qaytarılıb.
Digər uçuşların yerinə yetirilməsi isə bu mərhələdə heç bir problem yaratmayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...