Qartəmizləyən maşın məktəblini özünə çəkdi: Moskvada dəhşət
Rusiya paytaxtında qorxunc hadisə baş verib. Belə ki, Moskvanın şimalında qartəmizləyən maşın məktəblini özünə çəkib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində bir aylıq yağıntı düşməsi görüntünün pisləşməsinə səbəb olub.
Dördüncü sinif şagirdi Kirill M. dərsdən sonra evə yollanarkən başı qarışıb və ona doğru gələn qartəmizləyən maşını görməyib. O, maşının fırçasının altına düşüb.
Sürücü dərhal təcili yardım çağırıb. Həkimlər 11 yaşlı uşağı xəstəxanaya aparıblar və orada sağ ayağını əməliyyat ediblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...