22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qarsda bənd suyunun boşaldılması ilə köhnə yaşayış yeri üzə çıxıb.

29-06-2024
IMG

Əsas suvarma ərazilərindən kənarda yerləşən kənd yerlərində qısa müddətdə suvarılan əkinçiliyə keçmək məqsədilə həyata keçirilən “Göl Suyu Layihəsi” çərçivəsində 2018-ci ildə inşa edilən Qars bəndinin suyu qismən boşaldılıb. Bu zaman Boğazköydə illər əvvəl sular altında qalan yaşayış məntəqələri yenidən gün üzünə çıxmağa başlayıb.
Boşaldılan bəndin altındakı köhnə Boğazköydə yaşayış məntəqələri, məktəb binası və məscid aşkarlanıb. Qeyd edək ki, köçəri quşların məskəninə çevrilən bənd həm də quş müşahidəçiləri və fotoqrafların tez-tez getdiyi məkana çevrilib.

Paylaş: