Qərbi Balkan ölkələrində anomal istilər hökm sürür
Qərbi Balkan regionunda davam edən anomal istilər bölgədəki ölkələrin təhlükəsizlik xəbərdarlığı verməsinə səbəb olub.
Fhnews.az xəbər verir ki, ardıcıl ikinci həftədir region ölkələrinin bəzilərində havanın temperaturu 40 dərəcəni keçib.
Monteneqroda yüksək temperaturla əlaqədar “qırmızı” xəbərdarlıq elan olunub. Meteoroloqlar həftə sonunadək qızmar istilərin müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər. Əhaliyə günün isti vaxtında evlərdən çıxmamaq tövsiyə edilib.
Serbiya ilə Bosniya və Herseqovinada da anomal istilərlə bağlı “qırmızı” xəbərdarlıq elan edilib. Bu ölkələrin hidrometeorologiya institutları insanları kənar fəaliyyətləri azaltmağa, səyahətə səhər tezdən və ya axşam saatlarında çıxmağa, günəşdən qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.
Bundan başqa, region ölkələrindən Şimali Makedoniya və Bolqarıstan meşə yanğınları ilə mübarizə aparır, Xorvatiyada isə son 60 ilin ən yüksək dəniz temperaturu qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...