Qərbi Afrikanın üç ölkəsi konfederasiyada birləşməyə qərar verib
Qərbi Afrikanın üç ölkəsi - Burkina Faso, Mali və Nigerin səlahiyyətliləri Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib.
Fhnews.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi bu dövlətlərin liderlərinin birgə bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda üç ölkənin daha geniş inteqrasiyaya doğru daha bir addım atmağa qərar verildiyi deyilir. “Bu məqsədlə Burkina-Faso, Mali və Niger konfederasiyanın yaradılması haqqında saziş imzalayıblar”, - məlumatda deyilir.
Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Zirvə Toplantısının nəticələrindən sonra baş verib.
Bundan əvvəl, 2024-cü il yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul ediblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...